Modern.az

“Son zəng”də təhlükəsizlik necə təmin olunacaq?

“Son zəng”də təhlükəsizlik necə təmin olunacaq?

10 İyun 2016, 12:12

Xəbər verdiyimiz kimi, bu ildən orta məktəblərdə dərs ilinin yekunlaşması iyunun 15-dək uzadılıb. Yəni artıq “Son zəng” 31 mayda olmayacaq.

Son zənglə bağlı Təhsil Nazirliyi hansı gücləndirici, nəzarətedici tədbirlər görür? Xüsusi tədbirlər olacaqmı?

Təhsil Nazirliyindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, bu il “Son zəng” bütün orta məktəblərdə iyun ayının 14-də keçiriləcək.

“Hər il olduğu kimi, bu il də həmin tədbirlər məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumi təhsil məktəblərində təşkil ediləcək”-deyə nazirlikdən bildirilib.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayır, iyunun 14-də başa çatır.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir