Modern.az

Ermənistan blokadadan ÇIXIR - Moskva və Suxumi razılıq verdi  

Ermənistan blokadadan ÇIXIR - Moskva və Suxumi razılıq verdi  

10 İyun 2016, 12:25

Abxaziyanın baş naziri Artur Mikrabiya Transqafqaz dəmiryolu xəttinin yenidən bərpasına qarşı olmadıqlarını bildirib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, separatçı qurumun "hökumət rəhbəri" Rusiya ilə Ermənistanı birləşdirəcək dəmir yolu xəttinin iqtisadi baxımdan çox faydalı ola biləcəyini deyib.

 

“Demək istəyirəm ki, bu layihəyə maraqla yanaşırıq. İqtisadi baxımdan məsələyə baxmalıyıq. Hesab edirəm ki, bu sərfəlidir. Layihəyə qarşı ancaq Gürcüstan çıxır. Deməli, problem siyasi mahiyyət daşıyır. Amma məsələyə iqtisadi baxımdan yanaşmalıyıq”.

 

Transfqafqaz dəmir yolu xətti 1992-1993-cü il gürcü-abxaz müharibəsi zamanı dayandırılmışdı.

 

 Rusiya və Ermənistan rəsmləri Suxumi-Tbilisi-Yerevan dəmir yolu xəttinin bərpasına razı olduqlarını bəyan etmişdi.

 

Vüqar İsmayılov  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır