Modern.az

Pele bütün mükafatlarını satdı

Pele bütün mükafatlarını satdı

10 İyun 2016, 12:34

Beynəlxalq Futbol Federasiyasın (FİFA) versiyasına görə, XX əsrin ən yaxşı oyunçusu olan braziliyalı Pele öz mükafatlarını hərracda satmaqla 4,4 milyon dollar qazanıb. Modern.az xarici mediaya istinadən bildirir ki, tədbir iyunun 7-9-da Londonda keçirilib.

Futbol kralı satışa öz medallarını, kuboklarını, ümumilikdə 2 min lotoya yaxın şəxsi mükafatlarını çıxarıb. Bunların arasında ən bahalısı braziliyalı üçün xüsusi hazırlanan Jyulya Rime Kubokunun surəti olub. İsveçrənin saat şirkətlərindən biri əmanəti 500 min avroya alıb. 1974-ci ilə qədər mükafat dünya çempionatında qalib gələn komandaya təqdim edilib.

Pele (əsl adı Edson Arantis du Nasimentu) futbol üzrə Dünya Çempionatındakı qalibiyyətlərinə görə rekordçudur. O üç dəfə - 1958, 1962 və 1970-ci illərdə bu ali mükafata sahib olub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır