Modern.az

Türkiyə millisi rekord qırdı

Türkiyə millisi rekord qırdı

Dünya

10 İyun 2016, 14:13

Bu gün Fransada başlayacaq Avropa Çempionatının iştirakçılardan olan Türkiyə futbol millisi forma satışı tarixində rekorda imza atıb.

Modern.az-ın Türkiyə KİV-nə verdiyi xəbərə görə, bu günədək 400 min forma və futbolka satılıb.

Türkiyə Futbol Federasiyası milli yığmanın formalarına tələbatın ciddi şəkildə artdığını açıqlayıb.

Açıqlamada bildirilir ki, 200 min forma və 200 min futbolka satılıb. Qiymətlər 32-48 dollar arasında dəyişir.

Türkiyə milli yığması bu gün Fransada başlayacaq futbol üzrə Avropa çempionatının iştirakçıları sırasında yer alır.

Xatırladaq ki, Türkiyə yığması AVRO-2016-da qırmızı və mavi formalarla çıxış edəcək.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı