Modern.az

Rus millətçiləri iğtişaşa hazılaşır

Rus millətçiləri iğtişaşa hazılaşır

Təhsil

14 Yanvar 2011, 20:30

“Spartak” futbol klubunun fanatı Yeqor Siviridovun 40 günü tamamını aksiyalarla qeyd edəcəklər

Yanvarın 15-də qafqazlılar tərəfindən öldürüldüyü iddia olunan “Spartak” futbol klubunun fanatı Yeqor Siviridovun 40 günü tamam olur. Rus millətçi dairələri sabah saat 9.00-dan etibarən Moskvada, Sankt-Peterburqda və digər şəhərlərdə bununla bağlı aksiyalar keçirmyə hazırlaşırlar.

Bu barədə ultramillətçi Qeyri-Qanuni Miqrasiyaya Qarşı Hərəkatın (DPNİ) rəsmi saytında bəyanat verilib.

Modern.az millətçilərin rəsmi saytına istinadən bildirir ki, millətçilərin aksiyası Lyublino qəbiristanlığında Siviridovun məzarının ziyarəti ilə başlayacaq. Bundan sonra aksiya iştirakçıları Kronştad bulvarına doğru gedərək fanatın öldürüldüyü yerə gül dəstələri qoyacaq. Təşkilatın nümayəndəsi Vladimir Yermolayev bildirib ki, onların məqsədi siyasi xarakterli deyil. “Biz heç bir qurumdan icazə almayacağıq. Aksiyaya adi insanlar qoşulacaq”.

Sabah həmçinin tolerant baxışları ilə fərqlənən“Yabloko” partiyası da bu məqsədlə aksiya keçirəcək. “Yabloko” Rusiyada etnik zəmində qarşıdurmanını əleyhinə olan siyasi qurumdur və partiya “Moskva hamı üçündür” şüarını irəli sürüb. Onların sabahkı aksiyalarına perefektura icaz verib.

DPNİ onların aksiyasında da iştirak etmək qərarını qəbul edib. DPNİ nümayəndəsinin sözlərinə görə, aksiyada 2-5 min adam iştirak edəcək.

Qeyd edək ki, ötən ilin dekabrında rus ultramillətçiləri “Spartak” fanatının öldürülməsi ilə bağlı “Manej” meydanında ixtişaşlar törədiblər. Nəticədə xeyli sayda qafqazlı, ö cümlədən azrbaycanlılar və Orta Asiya ölkələrindən olan vətəndaşlar hücuma məruz qalıblar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir