Modern.az

Kralın yeznəsi üçün 19,5 il həbs istənilir

Kralın yeznəsi üçün 19,5 il həbs istənilir

10 İyun 2016, 17:00

İspaniya kralı VI Felipenin bacısının əri İnyaki Urdanqarin 19,5 il müddətinə azadlıqdan məhrum edilə bilər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, prokuror Palma-de-Mayorka şəhərində keçirilən məhkəmə iclasında bu təklifi irəli sürüb.

 

Kralın yeznəsi “Noos” qeyri-kommersiya şirkətinin həmtəsisçisi kimi idman tədbirlərinin təşkilatçılığı ilə məşğul olub.

 

 İstintaq materiallarına görə İnyaki Urdanqarin maliyyə maxinasiyaları yolu ilə  6,2 milyon avro vəsait talayıb.

 

Onunla əlbir işləyən Dieqo Torres üçün isə dövlət ittihamçısı 16,5 il həbs istəyir.

 

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır