Modern.az

Keçmiş baş naziri yol qəzasında möcüzə xilas etdi

Keçmiş baş naziri yol qəzasında möcüzə xilas etdi

Dünya

10 İyun 2016, 21:29

Polşanın keçmiş baş naziri Vlodzimek Tsimoşeviçin avtomobili traktorla toqquşub. Modern.az xarici mediaya istinadən bildirir ki, qəza ölkənin şərqindəki Dubiçe-Tserkevne yaşayış məntəqəsi yaxınlığında baş verib.

İlkin məlumata görə, qəzada günahkar traktorun 80 yaşlı sürücüsü olub. O, dönmə göstəricisini vurmadan dönmək qərarına gəlib. Keçmiş baş nazir insident zamanı xəsarət almayıb, ancaq müayinə üçün xəstəxanaya aparılıb.

Qəzanı əks etdirən fotonu feysbuk səhifəsində Tsimoşeviç özü yayıb. Fotodan görünür ki, keçmiş baş nazir qəzada möcüzə nəticəsində sağ qalıb.

Vlodzimek Tsimoşeviç 1996-1997-ci illərdə Polşanın baş naziri olub. 2001-ci ildən 2005-ci ilədək isə xarici işlər naziri işləyib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar