Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, 14 yanvar 2011-ci il tarixində saat 16:27 dəqiqədə Azərbaycan-Gürcüstan sərhədində episentri Zaqatala şəhərindən 56 kilometr cənub-qərbdə olmaqla zəlzələ qeydə alınıb.
Yer titrəyişinin gücü episentrdə 12 ballıq cədvəl üzrə 3,5 bal təşkil edib. Zəlzələ Şəmkir rayonunun Gürcüstanla həmsərhəd yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. İnsan tələfatı və dağıntı olmayıb.
Modern.az