Modern.az

Sosial mənzillərin tikintisinə başlanılıb

Sosial mənzillərin tikintisinə başlanılıb

Aktual

10 İyun 2016, 23:58

Ölkədə gəlir səviyyəsi orta və aşağı olan  vətəndaşlar üçün  mənzillərin tikilməsi  prosesinə start verilib. Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi  xüsusən də gənclər və gənc ailələrin sosial mənzillə təmin edilməsi üçün çoxmənzilli  binaların tikintisi məqsədilə işlərə başlayıb. Artıq paytaxtın bir sıra rayonlarnıda və regionlarda torpaq sahələrinə baxış keçirilib.

Ölkədə sosial mənzillərin tikilməsi üçün indiyədək Bakının Binəqədi, Suraxanı və Qaradağ rayonlarında ondan artıq torpaq sahəsinə baxiş keçirilib, onların müxtəlif meyarlar üzrə  ilkin qiymətləndirilməsi həyata keçirilib. Bunu Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib. Onun sözlərinə görə, paytaxtla yanaşı, artıq Gəncə, Sumqayıt, Lənkəran və Masallı şəhərlərində də torpaq sahələrinin ayrılması imkanları araşdırılıb, onlara da baxış keçirilib.  Torpaq sahələrinin seçilməsində şəhərsalma baxımından çoxmənzilli binaların tikintisi üçün əlverişli və mövcud iş yerləri mərkəzlərinə yaxın olan, habelə mühəndis kommunikasiyalarının çəkilməsində problemi olmayan ərazilərə üstünlük veriləcək.

İlk növbədə Agentliyin dəstəyi ilə tikiləcək binalarda mənzillərin sahələri ekonom klass kateqoriyasına uyğun olaraq çox böyük olmayacaq. Bu mənzillər tam təmirli vəziyyətdə vətəndaşlara təqdim ediləcək. Tikiləcək mənzillərin uzunmüddətli aylıq ödəmə şərtləri ilə əldə edilməsinə şərait yaradılacaq. Planlaşdırılır ki, vətəndaşlar ayda yüksək olmayan icarə haqqı səviyyəsində bir məbləğ ödəməklə müddətin sonunda həmin mənzillərə tam sahib olsunlar. Hazırda bu sahədə müvafiq hesablamalar aparılır. 

Samir Nuriyev qeyd edib ki,  Agentliyin əsas məqsədi məhz bu sosial təbəqəni təmsil edən ölkə vətəndaşları, əsasən də gənclər, gənc ailələr üçün yeni tikiləcək binalarda mənzillərin əlyetərliliyinin artırılmasından ibarətdir.

 

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar