Modern.az

Qadınlar cəmiyyətdə daha çox təzyiqə məruz qalır

Qadınlar cəmiyyətdə daha çox təzyiqə məruz qalır

11 İyun 2016, 00:26

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Hamiləliyin süni şəkildə pozulmasının qarşısının alınması üçün maarifləndirmə işlərinin təşkili” layihəsi çərçivəsində növbəti tədbirini keçirib. Təşkilatdan Modern.az saytına verilən məlumata görə, maarifləndirmə tədbiri Xaçmaz rayonu “Turizm və İnformasiya Mərkəzi”ndə təşkil edilib. Tədbirdə tibb işçiləri, sosial işçilər, müəllimələr, məktəb psixoloqları və işləməyən şəxslər, o cümlədən gənc qızlar və yeni ailə qurmuş xanımlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan təşkilatın rəhbəri Sevil Allahverdiyeva layihə və onun aktuallığı barəsində iştirakçılara məlumat verib.

Daha sonra tədbirdə məruzə ilə çıxış edən Mehriban Vəzir qadınların cinsi münasibətdə həmişə ikinci planda olduğu və hətta nəhayətdə texnologiyanın da onları məhv etdiyini bildirib. Məruzəçi bu problemin daha çox ictimai, sosial tərəflərindən danışaraq ayrı-ayrı ölkələrdə qız dölün abort edilməsini və birinci, ikinci, üçüncü hamiləlikdə bunun daha çox üzə çıxmasını statistika ilə qeyd edib. Məruzəçi selektiv abortun qarşısının alınması üçün maarifləndirmənin vacibliyini vurğulayıb.

Tədbir olduqca interaktiv və xüsusi fəallıqla keçib. Daha sonra layihənin sosioloqu Rafiq Təmrazov cəmiyyətdə kişi qadın münasibətləri və qadınların cəmiyyətdə daha çox ikinci insan olmasının sosial tərəflərindən danışıb. Qeyd olunub ki, istər məişət, istər təhsil, istərsə də hüquqların tələb edilməsi baxımından qadınlar həmişə əzildiklərinə görə məhz valideynlər oğlan övladına üstünlük verirlər. Məsələnin hüquqi müstəvidə həll oluna biləcəyinin mümkün olmadığını bildirən məruzəçi şüur tərzinin prosesə müsbət təsir edəcəyini vurğulayıb.

Qeyd olundu ki, yalnız qanunla bu tipli məsələlərin həll edilməsi mümkün deyil.

Qarşılıqlı diskussiya şəklində keçən tədbirdə həm də hamiləliyin süni dayandırılmasının fəsadları barəsində söhbət açılıb. Tədbir iştirakçıları da regionda baş verənlər, bu tendensiyayla bağlı mövcud vəziyyətdən danışıblar. Xüsusi olaraq Xaçmaz rayonunda da bu cür tədbirlərdə kişilərin də iştirakının zəruri olması vurğulanıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır