Modern.az

Nazarbayevdən onu devirmək istəyənlərə MESAJ

Nazarbayevdən onu devirmək istəyənlərə MESAJ

11 İyun 2016, 13:08

“Bilirsiniz ki, bir neçə gün öncə Aktobe şəhərində genişmiqyaslı terror hücumu ilə qarşılaşdıq. Aktobedə hücum təşkil edənlər Qazaxıstanı münaqişəyə və terrorizmin içinə salmaq istəyirdilər”.

 

Modern.az saytının Rusiya KİV-nə istinadən xəbərinə görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.

 

O vurğulayıb ki, bu terror hücumları xalqa qarşı cinayətdir. Nazarbayev deyib ki, bütün olanlara baxmayaraq Qazaxıstan islahatlara davam edəcək.

 

“Sülh, təhlükəsizlik və sabitlik müstəqil Qazaxıstan üçün ən vacib dəyərlərdir. Əgər bunlar olmasa,  bizim ölkənin gələcəyi olmaz”,-deyə o əlavə edib.

 

Qeyd edək ki, iyunun 5-də bir  qrup silahlı ekstremistlər Aktobedə iki silah mağazası və bir hərbi hissəyə hücum edib.

 

Nəticədə 6 nəfər öldürülüb, 10 nəfərdən çox insan yaralanıb. Məlumata görə, hücum edən ekstremistlərdən 13 nəfəri məhv edilib, 4-ü yaralanıb, 7 nəfəri isə axtarışdadır.

 

Aktobedə baş verənlər dövlət çevrilişinə cəhd kimi də dəyərləndirilir.

 

Aqşin KƏRİMOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir