Modern.az

Rusiyadan ən çox Azərbaycana pul köçürülür

Rusiyadan ən çox Azərbaycana pul köçürülür

11 İyun 2016, 21:14

2016-cı ilin I rübündə Rusiyadan Azərbaycana pul köçürmələrinin orta məbləğ həcmi 330 dollardan bir qədər yuxarı olub. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının transsərhəd köçürmələrin həcminə dair yeni hesabatında bildirilir.

Məlumata görə, Azərbaycan orta məbləğ həcminin böyüklüyünə görə MDB ölkələri arasında birinci yerdə qərarlaşıb. MDB-də ən çox pul göndərilən ölkə isə Ukraynadır – 135 milyon dollar.

Hesabata görə, Rusiya sakinləri bu il xaricə daha çox pul göndərməyə başlayıblar. Birinci rübdə onlar xaricə 6,4 milyard dollar pul köçürmə ediblər. Bu göstərici ötən ilin analoji dövründə 5,8 mlrd. dollar təşkil edib. Artım 9 faizə bərabərdir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir