Modern.az

Hərbi hissənin aşpazları oğurluq ediblər

Hərbi hissənin aşpazları oğurluq ediblər

12 İyun 2016, 11:05

Ermənistanda N saylı hərbi hissənin aşpazları Mqer Zaroyan və Ovsann Adamyan ərzaq oğurluğunda ittiham olunurlar. Modern.az saytı Ermənistan KİV-lərinə istinadən xəbər verir ki,  bu barədə Məhkəmə departamentindən bildirilib.

İttiham aktında qeyd olunur ki, Mqer Zaroyan və Ovsann Adamyan 14 kq donuz əti, 9,2 kq bitki yağı, 10 kq vermişel, 2 kq tomat və 25 ədəd yumurtanı qanunsuz olaraq mənimsəyiblər.

Hazırda onlar barəsində açılan cinayət işi məhkəmədə araşdırılır.

Moden.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı