Modern.az

Deputat Əli Məsimli magistrlərə hərbi xidmətdən möhlət verilməsini istəyir

Deputat Əli Məsimli magistrlərə hərbi xidmətdən möhlət verilməsini istəyir

Parlament

15 Yanvar 2011, 17:25

Milli Məclisin deputatı cənab Əli Məsimli Konstitusiyanın 96-cı maddəsinin birinci bəndi və Azərbaycan Respublikası “Milli Məclisi deputatının statusu haqqında” Qanunun 9-cu maddəsi ilə Azərbaycan Respublikasında qanunvericilik təşəbbüsünün subyektlərindən biri kimi Milli Məclisin deputatına verilmiş qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək bir sıra qanun layihələrinin və hal-hazırda qüvvədə olan bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin Milli Məclisin 2011-ci il yaz sessiyasının  qanunvericilik işləri planında nəzərə alınması təşəbbüsü ilə çıxış edib. Bu barədə Modern.az saytına Əli Məsimlinin ofisindən məlumat verilib.

Deputatın ofisindən bildirilib ki, Ə.Məsimlinin əlavə və dəyişikliklər istədiyi qanunvericilik aktları aşağıdakılardır:

- 1.“Təhsil kreditləri haqqında” Azərbaycan Respublikası Qanunu. Tərəfimizdən hazırlanan həmin qanun layihəsi 2010-cu ilin iyun ayının 8-də müşayətedici 5/015 saylı məktubla Milli Məclis Aparatına təqdim edilib. (Milli Məclis Aparatında qeydiyyat №333).

- 2. Həmin qanunun qəbulu və bu prosesin başlanması üçün “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu”nun "Əsas anlayışlar" adlanan birinci maddəsinin 1.0.41. bəndinin aşağıdakı məzmunda verilməsini məqsədəuyğun hesab edirik:
1.0.41. «təhsil krediti-fənnin həcmini, onun mənimsənilməsi üzrə yerinə yetirilən işlərin miqdarını və müddətini müəyyənləşdirən ölçü vahidi; dövlət, müxtəlif bank və kredit təşkilatları tərəfindən ali təhsil müəssisələrində təhsil alan şəxslərə, tərəflər arasında bağlanılmış müqavilə əsasında, təhsil haqqını və digər təhsil xərclərini ödəməkdən ötrü təhsili başa vurduqdan sonra qaytarmaq şərti ilə verilən pul vəsaiti».
Bununla əlaqədar olaraq sözügedən qanunun «Təhsilalanların sosial müdafiəsi» adlı 35-ci maddəsinə 35.5. bəndi kimi «Dövlət və müxtəlif bank və ya kredit təşkilatları tərəfindən ali təhsil müəssisələrində təhsil alan şəxslərə, tərəflər arasında bağlanılmış müqavilə əsasında, təhsil haqqını və digər təhsil xərclərini ödəməkdən ötrü təhsili başa vurduqdan sonra ödəmək şərti ilə təhsil kreditləri verilə bilər» bəndinin əlavə edilməsi məqsədəuyğun olardı.


- 3. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun təhsilini davam etdirməyə görə möhlət verilməsini nəzərdə tutan 19- cu maddəsində 22 dekabr 2006 –cı il tarixədək mövcud olmuş “ğ” bəndinin bərpa edilməsini və həmin bəndin aşağıdakı məzmunda verilməsini təklif edirəm.
Maddə19.
ğ) dövlət, qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və xüsusi razılıq (lisenziya) almış qeyri-dövlət ali təhsil müəssisələrinin əyani formada ali təhsilin ikinci – magistr pilləsində təhsil alan  tələbələrə təhsilini bitirənədək.
Ali təhsil müəssisələrindən xaric edilən şəxslər möhlət hüququnu itirirlər və ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırılırlar.

Ali təhsilin ikinci pilləsi olan və gələcəkdə elmi kadr kimi yetişdirilməsi nəzərdə tutulan magistrlərin təhsillərini yarımçıq şəkildə qoyaraq həqiqi hərbi xiddmətə göndərilməsi, təhsil prosesinin ən vacib şərtlərindən olan, təhsilin davamlılığı prinsipi və “Təhsil Haqında Azərbaycan Respublikası Qanunu”nun müvafiq prinsipləri ilə ziddiyyət təşkil edir. Bu məsələdə diqqət yetirilməsi son dərəcə vacib olan məsələlərdən biri də hazırkı qanunvericiliklə həqiqi hərbi xidmət keçmə yaşının son həddi kimi 35 yaş müəyyən edildiyindən, bu halda ali təhsilini kəsilməz olaraq davam etdirən şəxsin isə artıq 23 yaşında magistraturanı başa vurması və hələ həqiqi hərbi xidmətdə olmaq üçün qarşıda daha 12 il vaxtının qalmasıdır. Digər tərəfdən ali təhsilin bakalavr pilləsində təhsil alanlara möhlət hüququnun verilməsi, eləcə də fəsəfə doktoru elmi dərəcəsi alan şəxslər həqiqi hərbi çağırışdan azad edildikləri halda, qeyd olunan iki təhsil pilləsi arasında yerləşən magistratura pilləsində təhsilin yarımçıq kəsilməsi hüquqi, profesianal vərdişlərin qorunub saxlanılması və elmimizin inkişafı baxımından səmərəli deyildir.

 Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?