Modern.az

İcra Hakimiyyətindən “qızıl əməliyyatı” ilə bağlı AÇIQLAMA

İcra Hakimiyyətindən “qızıl əməliyyatı” ilə bağlı AÇIQLAMA

13 İyun 2016, 17:23

“Deyilənlərin hamısı yalandır, rayonda belə bir hadisə baş verməyib”.

Bu sözləri Modern.az saytına Goranboy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elçin Cahangirov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının rayonda “qızıl əməliyyatı” keçirməsilə bağlı yayılan məlumatlara aydınlıq gətirərəkən deyib.

 

E.Cahangirov rayonda hər zamanki kimi normal vəziyyətin hök sürdüyünü qeyd edib:

“Kimin ağlına nə gəlirsə, onu da uydurub yazır”.

 

Qeyd edək ki, rayonda əməliyyat keçirilməsilə bağlı məlumatı Aznews.az yazıb. İddiaya görə, rayonun Tapqaraqoyunlu kəndində yerləşən, “aprel döyüşləri”nə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə gizli qazıntı işləri aparan şəxslər bu ayın 11-dən 12-ə keçən gecə ifşa olunub. 

Bildirilir ki, cəbhədəki son döyüşlərdən sonra tam nəzarətimizə keçən həmin ərazi bir sıra yerli məmurlar tərəfindən neçə günlərdir ki, ekskavatorlarla qazılır. Güman edilir ki, həmin ərazidən qızıl çıxarılırmış.

Məlumata görə, əməliyyat vaxtı əraziyə nömrəsiz avtomobillə gəlmiş icra başçısının Fuad Əliyev adlı köməkçisi, eləcə də 22 AA 010 xidməti avtomobillə orada olan rayon Yol İdarəsinin («Azəryolservis») rəis müavini Misir Ələkbərov və bir neçə başqa vəzifəli şəxslər DTX əməkdaşları tərəfindən saxlanılıb.


Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?