Modern.az

Moskvada iğtişaş salmaq istəyən 19 millətçi gənc saxlanlıb

Moskvada iğtişaş salmaq istəyən 19 millətçi gənc saxlanlıb

Dünya

15 Yanvar 2011, 19:10

Rus miilətçilərinin bu gün Moskvada keçirdikləri aksiya zamanı 19 nəfər saxlanılıb. Modern.az-ın məlumatına görə, bu barədə “Exo Moskvı” radiosuna Moskva şəhər daxili işlər şöbəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Viktor Biryukov bildirib. Onun sözlərinə görə, bu şəxslər maskada olublar. Dörd nəfərindən travmatik silah götürülüb.

“Polislər istənilən qeyri-qanuni aksiyanın qarşısını almağa hazırdırlar”-deyə Biryukov deyib. Hazırda Maney meydanında milis və OMON qrupları keşik çəkir.

Qeyd edək ki, Moskvada millətçilərin Kronştad bulvarında “Spartak” futbol klubunun fanatı Siviridovun xatirəsinə keçirdikləri aksiya keçiriblər.
Modern.az “Exo Moskvı” radiosuna istinadən bildririr ki, bulvara gələn bir neçə min millətçi gənc fanatın həlak olduğu yerə güllər düzüblər. Onların içində ultra-millətçi təşkilat olan Qeyir-leqal miqrantlara qarşı Hərəkatın rəhbəri Aleksandr Belov da olub.

Moskvada yaşayan soydaşımız İmran İsmayılovun Modern.az-a verdiyi məlumata görə, Moskvanın bir sıra metro keçidlərində və əhalinin gur olan yerlərində polis gücləndirilsə də ümumilikdə vəziyyət sakitdir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır