Modern.az

İsveç və İrlandiya yığmaları sülhlə ayrılıb

İsveç və İrlandiya yığmaları sülhlə ayrılıb

13 İyun 2016, 22:07

Bu gün Fransada keçirilən futbol üzrə Avropa çempionatının "E" qrupu çərçivəsində ilk oyun baş tutub.  Modern.az saytı  xəbər verir ki, qrupun ilk matçında İsveç və İrlandiya yığmaları qarşılaşıb. Oyunda hesabı irlandlar açıb. Vesley Hoolahan 48-ci dəqiqədə komandasının və özünün turnirdə ilk qolunu vurub. Qoldan sonra İsveç İrlandiya qapısı önündə təzyiqi artırıb və 71-ci dəqiqədə istəyinə nail olub. Belə ki, hücum zamanı Zlatan İbrahimoviçin kənardan qapı önünə ötürməsini rəqib komandanın futbolçusu Ciaran Clark qola çevirərək avtoqola imza atıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Bu qrupda növbəti qarşılaşma Bakı vaxtı ilə axşam saat 23:00-da İtaliya və Belçika yığmaları arasında keçiriləcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir