Modern.az

Yay fəslinin başlanma vaxtı açıqlanıb

Yay fəslinin başlanma vaxtı açıqlanıb

13 İyun 2016, 22:17

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanası Azərbaycan ərazisində 2016-cı il üçün fəsillərin başlanma vaxtını açıqlayıb. AMEA-dan Modern.az saytına verilən məlumata görə, martın 20-də Bakı vaxtı ilə saat 08:30-dan ölkəmizə qədəm qoyan yaz fəsli iyunun 21-də saat 02:34-dən etibarən yay fəsli ilə əvəz olunacaq.

Qeyd edək ki, rəsədxana payızın gəlişinin sentyabrın 22-si saat 18:21-də, qışın gəlişinin isə dekabrın 21-i saat 14:44-də baş verəcəyini müəyyənləşdirib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub