Modern.az

“Həsən Ruhani yaxın vaxtlarda Azərbaycana səfər edəcək”

“Həsən Ruhani yaxın vaxtlarda Azərbaycana səfər edəcək”

13 İyun 2016, 22:42

"İran prezidenti Həsən Ruhani yaxın vaxtlarda Azərbaycana səfər edəcək". Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bunu İranın rabitə və informasiya texnologiyaları naziri bildirib.

Onun sözlərinə görə, bu barədə razılaşma iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iranlı həmsədri Mahmud Vaezi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə telefon danışığında əldə olunub.

Söhbət zamanı İran prezidentinin Azərbaycana səfəri üçün zəruri olan bütün tədbirlərin görülməsi qərara alınıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı