Modern.az

“Ağ yol” sosial şəbəkələrdə fəaliyyətini genişləndirir

“Ağ yol” sosial şəbəkələrdə fəaliyyətini genişləndirir

13 İyun 2016, 23:15

 “Ağ yol” Vətəndaş Hərəkatı feysbukdakı fəaliyyətini genişləndirir. “Ağ yol”un mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, MDB-də ən iri İnternet Hərəkatının “Facebook”dakı səhifə və qruplarının üzvlərinin sayı artmaqda davam edir.

24 saat ərzində operativ fəaliyyət göstərən “Ağ yol” feysbuk səhifəsinin və eyniadlı qrupunun üzvlərinin sayının artması onu göstərir ki, sosial şəbəkədə ona böyük maraq və təlabat var.

Yarandığı gündən fəallığı ilə seçilən və müzakirələrə açıq olan “Ağ yol” səhifəsində gün ərzində bir-birindən maraqlı ictimai, siyasi, iqtisadi xəbərlər, ölkəmizdə və dünyada baş verən yeniliklər, aforizmlər, tarixi şəxsiyyətlərin həyatlarından bilgilər, elm və təhsillə bağlı məlumatlar, məntiqi suallar paylaşılır.

“Ağ yol”un səhifə və qrupunda əsasən siyasi xəbərlər, ölkənin daxili və xarici siyasətinə dair paylaşmalar, beynəlxalq siyasi vəziyyət, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid səslənən fikirlər, ölkənin sosial həyatında baş verən yeniliklər və xüsusilə də Prezident İlham Əliyevin gündəlik fəaliyyətini özündə əks etdirən xəbərlərin daha çox izlənildiyi aydın görünür. Məsələn, ölkə başçısının iyunun 6-da Almaniya Federativ Respublikasına işgüzar səfəri və oradakı çıxışı izlənmə sayına görə digər paylaşımları geridə qoyub.

Qeyd edək ki, Ağ Yol” Vətəndaş Hərəkatı 01 iyul 2013-cü il tarixində yaranıb. Bu müddət ərzində “Ağ Yol” ilk növbədə bir internet hərəkatı kimi formalaşmış və sürətlə yüzminləri əhatə edən virtual məkana çevrilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir