Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Birlik kuboku"nda bu gün 2-ci turun qarşılaşmaları oynanılıb. Azərbaycanı təmsil edən "İnter" klubu ilə Tacikistanın "İstiklol" komandası arasında keçirilən görüş 3:0 hesabı ilə futbolçularımızın xeyrinə başa çatıb.
Modern.az xəbər verir ki. bu qələbə sayəsində "İnter" vaxtından əvvəl 1/4 finala vəsiqə qazanıb.
Komandamız ilk turda Qırğızıstanın "Neftçi" komandasını da eyni hesabla darmadağın edib. Bu səbəbdən, xallarını 6-ya çatdıran "İnter" "İskra-Stal" (Moldova) ilə keçirəcəyi qrupun son tur matçının nəticəsindən asılı olmayaraq, adını növbəti mərhələyə yazdırıb.
Turun digər oyununda "İskra-Stal" "Neftçi"ni 1:0 hesabı ilə yenərək, xallarını 4-ə çatdırıb. Beləliklə, "İnter" son turda "İskra-Stal"la keçirəcəyi matçda qrup liderliyini qorumağa çalışacaq. Bunun üçün isə məğlub olmamaq kifayət edir.