Modern.az

“Azərbaycanda çağırışçı problemi yoxdur”.

“Azərbaycanda çağırışçı problemi yoxdur”.

14 İyun 2016, 14:56

“Yaxın 10 ildə də çağırışçıların sayını proqnozlaşdıra bilərik. Mən alimlərimizin sayına da diqqət çəkmək istəyirəm. 10 min alimimiz var. 10 min nəfərə 1 alim düşür. Amma Azərbaycanda çağırışçı problemi yoxdur”.

 

Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin növbədənkənar iclasında deputat Zahid Oruc söyləyib.

 

Deputat Azərbaycanda və xarici ölkələrdə təhsil alan bütün bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsini nəzərdə tutan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərə münasibət bildirib. O deyib ki, bu gün Azərbaycanda orta yaşlı alimlər yox dərəcəsindədir:

 

“İndi 30 yaşında alim tapmaq çətindir. Magistrlərə möhlət hüququnun ləğv edilməsi buna təsir etdi. Orta məktəblərdə müəllimlərin 93 faizi xanımdır. Gənclərimizin kişi kimi hazırlanmasında kişi müəllimlərin rolu əhəmiyyətlidir.

 

Magistrlərin arasında da oğlanların sayı azdır. Məsələn, Bakı Dövlət Universitetində magistrlərin 83 faizi xanım, 17 faizi oğlandır. Dövlət başçısı tərəfindən atılan bu addım, elmdə fasiləsizliyin təmin edilməsinə, elmin inkişafına səbəb olacaq. Azərbaycan elmi cavanlaşmalıdır”.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı