Azərbaycanda miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı cərimələrin ödənilməsi mexanizmi təkmilləşdirilib.
Modern.az-ın xəbərinə görə, bu braədə yenilik cərimələrin elektron qaydada ödənilməsi ilə bağlıdır.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bundan sonra Azərbaycanın istənilən sərhəd-keçid məntəqəsində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı cəriməni elektron qaydada ödəmək mümkün olacaq.
Xatırladaq ki, bu yay Azərbaycanda “ASAN Viza” sistemi işə salınacaq.
Ağa AKİFOĞLU