Modern.az

Azərbaycana birdəfəlik giriş vizaları üçün rüsum azaldıldı

Azərbaycana birdəfəlik giriş vizaları üçün rüsum azaldıldı

Aktual

14 İyun 2016, 15:48

Bu gün Milli Məclisin növbədənkənar iclasında “Dövlət rüsumu haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

 

Modern.az-ın xəbərinə görə, qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

 

Dəyişiklik Azərbaycanda və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində verilən birdəfəlik giriş vizaları ilə bağlıdır.

 

İndiyə qədər birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün 50 dollar tələb edilib. Dəyişiklik bu məbləğin 20 dollara endirilməsini nəzərdə tutub.

 

Turizm vizalarının və şəxsi kontraktla təhsil alan tələbələrin vizalarının rəsmiləşdirilməsi üçün 20 dollar, tranzit vizalarının rəsmiləşdirilməsi üçün birdəfəlik viza üçün 20 dollar, ikidəfəlik tranzit vizası üçün 40 dolların tələb olunması ilə bağlı müddəaların ləğv edilməsi dəyişiklikdə əksini tapıb.

 

Deputat deyib ki, bütün növ vizaların rəsmiləşdirilməsi üçün vahid rüsum - 20 dollar tələb ediləcək və dəyişikliklərin də əsas mahiyyəti budur.

 

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

 

Ağa AKİFOĞLU

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!