Modern.az

Sürücülük vəsiqəsi Bakıda tapılan erməninin sirri: podpolkovnikdir və...

Sürücülük vəsiqəsi Bakıda tapılan erməninin sirri: podpolkovnikdir və...

14 İyun 2016, 17:38

 

Bakıda Ermənistan vətəndaşına aid sürücülük vəsiqəsinin tapılması məsələsi ilə bağlı müəmma deyəsən çözülüb.

 

Virtualaz.org xəbər verir ki, erməni KİV-ləri həmin sürücülüj vəsiqəsinin sahibinin aprelin 2-də Qarabağda gedən döyüşlərdə öldürülən podpolkovnik Aleksan Arakelyan olduğunu yazır.

 

Xəbər verildiyi kimi sürücülük vəsiqəsi Bakıxanov qəsəbəsində, Mehmandarov küçəsində tapılıb. Onu tapan şəxs sənədi hüquq-mühafizə orqanlarına təhvil verib. Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, sənədlə bağlı araşdırma aparılır.

 

Erməni KİV-ləri isə yazır ki, aprel döyüşləri zamanı 1982-ci ildə anadan olmuş podpolkovnik Aleksan Arakelyan da öldürülüb. Onun sənədlərinin və şəxsi əşyalarının fotoları internetdə yayılıb. Bunların arasında Arakelyana aid şəxsiyyət vəsiqəsi və hərbi bilet də var idi. İstisna deyil ki, Arakelyanın sənədləri arasında sürücülük vəsiqəsi də olub və sonda onu Bakı küçələrindən birində tapıblar.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı