Modern.az

ATU-da Qurtuluş günün tədbiri keçirildi

ATU-da Qurtuluş günün tədbiri keçirildi

14 İyun 2016, 17:00

Bu gün Azərbaycan Tibb Universiteti (ATU) və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirildi.

 

Tədbiri giriş nitqi ilə ATU-nun rektoru, professor Gəray Gəraybəyli açaraq, toplantı iştirakçılarının qarşıdan gələn bayramını təbrik etdi. Daha sonra Azərbaycan Dövlət Himni səsləndirildi.

 

ATU rektoru Gəray Gəraybəyli bildirdi ki, biz müasir Azərbaycanımızın müasir tarixini yaşayırıq: "Müasir həyatımızda son 25 ildə bir çox çətin, təhlükəli, məqamlar yaşanıb. 23 il öncə iyunun ortaları hamının xatirindədir.  Nə dərəcədə çətin, gərgin, həyəcanlı anlar yaşayırdı ölkəmiz. Biz bunu tam əminliklə deyə bilərik ki, Azərbaycanın müstəqillik tarixində 1993-cü ilin iyun ayını ən ağır aylardan hesab etmək olar. Çünki o zaman iqtidarda olan bir çox rəhbərlər, xarici ölkələrdə müəyyənləşən radikal toplantılarda ölkəmizi dağıtmaq istəyirdilər və çətinliklə qazandığımız müstəqilliyi böyük bir risk altında qoyurdular. Hər gün bir-birindən həyəcanlı xəbərlər gəlirdi respublikamızın müxtəlif zonalarından".

 

Rektor G. Gəraybəylinin sözlərinə görə, bu çətin məqamda bütün xalqın diqqəti  Naxçıvanda olan Ümummilli lider Heydər Əliyevə yönəlib: "Bu baxışlar ona gətirib çıxartdı ki, Ulu Öndər Heydər Əliyev cənabları 15 iyunda Bakıya qayıtdı. Bu gün artıq o hadisələrdən xeyli vaxt keçsə də, istər tarixçilər, istərsə də ictimai və siyasi xadimlər, həmçinin xalqımız bu prosesləri analiz edir. 15 iyun - Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdığı gün bizim qurtuluş günümüzdür. Bizlərin borcudur ki, bu hadisələri, Ulu Öndərin Azərbaycan xalqı üçün etdiklərini gənclərimizə çatdıraq”.

 

Daha sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirdi ki, həyata keçirilən uğurlu daxili və xarici siyasət, xalqın milli-mənəvi dəyərlərindən çıxış etməklə görülən işlər Heydər Əliyevi xalqımızın Milli Liderinə çevirməklə bərabər, Azərbaycanı da dünyanın qabaqcıl dövlətləri sırasına yüksəltdi.

A. Əsgərov həmçinin müasir dövrümüzdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini söylədi: "Bu gün Azərbaycan dünya ölkələri ilə humanitar sahədə əməkdaşlığını yüksək şəkildə davam etdirir. Dünyada tolerantlıq və multikulturalizm dəyərləri ilə tanınan Azərbaycan bu gün həm də idman ölkəsidir".

 

Tədbirin davamında Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov çıxış edərək, ilk öncə tədbir təşkilatçılarına təşəkkür edərək, hər kəsin bayramını təbrik etdi: "Çox sevindirici haldır ki, mən bu gün belə bir möhtəşəm tədbirdə çıxış edirəm. Ulu Öndər Azərbaycanda iki dəfə hakimiyyətə gəlib. Heydər Əliyev ikinci dəfə də hakimiyyətə gələndə ölkəmizdə çox ağır iqtisadi şərait hökm sürürdü”.

 

Daha sonra ATU-nun I daxili xəstəliklər və reanimatologiya kafedrasının müdiri İsfəndiyar İsmayılov çıxış edərək, Milli Qurtuluş günü barədə danışdı.

 

Tədbir iştirakçılarına Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış video-çarx nümayiş olundu.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər