Modern.az

Bələdiyyə sədri və aparat rəhbərinin qətlinin təfərrüatı...

Bələdiyyə sədri və aparat rəhbərinin qətlinin təfərrüatı...

Aktual

14 İyun 2016, 20:14

Bakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib. Məhkəmə qarşısında Fədail Hüseynov cavab verib. Modern.az saytı xəbər verir ki, məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama münasibət bildirən F. Hüseynov özünü itiham üzrə qismən təqsirli bilib: “Özümü Vəfadar Əbilhəsənovu öldürdüyümə görə günahkar bilirəm. Vəsilə isə ölməli idi və  öldü. Vəsilə Əbilsəhənova ilə mübahisəmiz yalnız torpaq üstündə olub. Adamlara torpaq satıb pul almışdım. Sənədləri isə Vəsilə verməli idi, amma vermirdi. İstintaqa ifadəmi vermişəm, hər şeyi demişəm. Onu da təsdiqləyirəm. Başqa deyəcəyim bir şey yoxdur".

Daha sonra prosesdə zərərçəkmiş şəxs qismində Vəsilə Əbilhəsənovanın anası Meyxanım Hüseynova, Vəfadar Həsənovun atası Sultan Əbilhəsənov isə ifadə verib. Məhkəmə prosesi iyunun 28-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V. Əbilhəsənov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır