Modern.az

Leninlə “razborka” üçün gedən kişi saxlanıldı

Leninlə “razborka” üçün gedən kişi saxlanıldı

14 İyun 2016, 20:59

Moskva polisi Qızıl meydanda proletariatın dahi rəhbəri hesab olunan Vladimir İliç Leninlə haqq-hesab çürütmək niyyətində olan kişini saxlayıb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, Rostov vilayətindən gələn 54 yaşlı kişi iyunun 13-də saxlanılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, o, Rostov vilayətindən xüsusi olaraq Mavzoleyi bağlayıb oradakı ölüləri oyatmağa gəlibmiş. Adı hələ ki açıqlanmayan kişinin üstündə balta tiyəsi də olub.

Saxlanılan şəxs ruhi-əsəb xəstəxanasına çatdırılıb, baş verən olaytla bağlı ətraflı araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır