Modern.az

Macarıstan Avstriya yığmasını məğlub etdi

Macarıstan Avstriya yığmasını məğlub etdi

14 İyun 2016, 22:06

Fransada keçirilən futbol üzrə Avropa çempionatında "F" qrupunun ilk oyunu keçirilib. Modern.az saytı xəbər verir ki, Fransanın Bordo şəhərində baş tutan oyunda Avstriya və Macarıstan milliləri qarşılaşıblar.  Hər iki komandanın qələbə şansının yüksək olduğu oyunu fransalı baş hakim Kleman Turpen idarə edib. Oyunun birinci hissəndə komandalar bir neçə real qol şansını dəyərləndirə bilməyiblər. Birinci hissə qolsuz heç-heçə ilə tamamlanıb.

Matçın ikinci hissəsinə gərgin başlayan komandalar ikinci yarının ilk dəqiqələrində də bir neçə qol şansını əldən veriblər. Yalnız 63-cü dəqiqədə Adam Salai özünün və komandasının ilk qolunu ataraq hesabı açıb. 65-ci dəqiqədə hakim Avstriyanın oyunçusu Aleksandr Draqoviçə kobud oyuna görə ikinci sarı kartı göstərib və Avstriya azlıqda qalıb. 87-ci dəqiqədə isə Macarıstan yığmasının futbolçusu Ştiber ikinci qolu vuraraq aradakı fərqi 2-ə çatdırıb.

Bu qrupda ikinci oyun Bakı vaxtı ilə 23:00-da Portuqaliya və İslandiya yığmaları arasında keçiriləcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir