Modern.az

Türkiyə millisində ciddi itki

Türkiyə millisində ciddi itki

15 İyun 2016, 00:31

Türkiyə millisi İspaniya ilə oyun öncəsi ciddi itkilərlə üzləşib. Modern.az saytı xəbər verir ki, Avropa çempionatında iştirak edən "ay-ulduzlular" Gökhan Gönül və Mehmet Topalın xidmətindən məhrum olub. Hər iki futbolçunun İspaniya matçından kənarda qalacağı bildirilir. Bu arada "Avro-2016"nın D qrupu çərçivəsində keçiriləcək İspaniya - Türkiyə matçının hakimləri açıqlanıb. Qarşılaşmanı Serbiyadan olan Molorad Maziç idarə edəcək.

 

Ona bu işdə yan xətt hakimləri kimi Milovan Ristiç, Dalibor Corcyeviç kömək edəcək. Əlavə köməkçi hakimlər isə Danilo Qrujiç, Nenad Cokiçdir. Dördüncü hakim funksiyasını isə Belarusdan olan Aleksey Kulbakov yerinə yetirəcək.

Qeyd edək ki, İspaniya - Türkiyə oyunu iyunun 17-də Bakı vaxtı ilə 23:00-da start götürəcək. D qrupunda qərarlaşan Türkiyə millisiXorvatiya, Çexiya və İspaniya yığmaları ilə mübarizə aparacaq. Türkiyənin turnirdə ilk oyununda Xorvatiyamillisinə minimal hesabla uduzub. Xorvatların yeganə qoluna Luka Modriç imza atıb. Fransada keçirilən Avropa çempionatı iyun ayının 10-dan iyulun 10-dək davam edəcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?