Modern.az

Qurtuluş günündə gənclər YAP-a üzv oldular  

Qurtuluş günündə gənclər YAP-a üzv oldular  

Aktual

15 İyun 2016, 14:37

Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayonun idarə müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanları, N saylı hərbi hissənin əsgər zabit heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edib, 15 iyun Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. Bildirib ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda ali hakimiyyətə qayıdışı dövlətçilik tarixinin şanlı səhifəsini təşkil edir.

 “Milli Qurtuluş Günü Azərbaycanı güclü əsaslara söykənən davamlı sosial-iqtisadi inkişaf yoluna çıxarmış, Vətənimizi qorumağa qadir olan güclü ordu yaranmış, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqının bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilmişdir. Dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtulmuş, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanmış, əmin-amanlığa və siyasi sabitliyə nail olunmuşdur”, deyə A.Alıyev bildirib

Tədbirdə çıxış edənlər 23 il əvvəl ölkədə baş verən hadisələri bir daha xatırladıb, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıblar.

Qeyd olunmuşdur ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.
Tədbirdə Yeni Azərbaycan Partriyasına qəbul olunmuş bir qrup gəncə partiyanın vəsiqələri təqdim olunub.

Tədbir rayonun mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?