Modern.az

“Azadlıq”ın kollektivi redaksiyaya buraxılmadı

“Azadlıq”ın kollektivi redaksiyaya buraxılmadı

Aktual

15 İyun 2016, 15:18

İyunun 15-də “Azadlıq” qəzetinin kollektivi redaksiyanın yerləşdiyi “Azərbaycan” Nəşriyyatına saat 14.00-a qədər buraxılmayıb.

Modern.az adıçəkilən qəzetin saytına istinadən xəbər verir ki, həmişəki vaxtda işə gələn kollektivə Nəşriyyatın mühafizə xidməti redaksiyaya qalxmağa icazə verməyib. Bildirilib ki, bu barədə Nəşriyyat rəhbərliyinin göstərişi var.

Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev nəşriyyat rəhbərliyi ilə danışandan sonra kollektivin binaya saat 14.00-dan sonra daxil olmasına razılıq verilib. Lakin bunun səbəbi barədə heç bir izahat verilməyib.

Qəzetin rəhbərliyi məsələni nəşriyyatın rəhbəri ilə görüşüb aydınlaşdırmağa çalışacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu