Modern.az

"Avro-2016": Slovakiya Rusiyanı şoka saldı - Matç başa çatdı

"Avro-2016": Slovakiya Rusiyanı şoka saldı - Matç başa çatdı

15 İyun 2016, 18:38

Bu gün futbol üzrə Avropa Çempionatında ikinci tura start verilib.

Modern.az xəbər verir ki, bu dəqiqələrdə Rusiya millisi Slovakiya iklə qarşılaşır.

Leonid Slutskinin yetirmələri qarşılaşmadan 3 xal ilə ayrılsalar, A qrupundan çıxmaq üçün yaxşı şans əldə edəcəklər. Slovakiya isə ilk matçdakı məğlubiyyətdən sonra qələbə əldə etmək əzmindədir.

Ancaq 1-ci hissənin ortalarında slovaklar Rusiyanın qapısından qol keçirməklə rəqib azarkeşləri  şoka salıblar. Oyun davam edir…


***

Birinci hissənin son dəqiqəsində Slovakiya Rusiyanın qapısından daha bir top keçirib - 2:0. İlk hissə yekunlaşdı...


***

Rusiya ikinci hissənin sonlarına yaxın hesabdakı fərqi azaltdı - 1:2.

Oyun başa çatdı.

Slovakiya - Rusiya - 2:1.


Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır