Modern.az

Ərdoğan Rusiya səfirini iftara çağırıb

Ərdoğan Rusiya səfirini iftara çağırıb

15 İyun 2016, 18:55

Rusiya səfiri Andrey Karlov bu axşam dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Prezident iqamətgahında verəcəyi iftar mərasimində iştirak edəcək. 

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərinə görə, bu barədə dəvət Andrey Karlova Türkiyə Xarici İşlər Nazirliyindən gəlib.
 

Türkiyə prezidentinin bu axşam verəcəyi iftar süfrəsinə digər xarici ölkə səfirlərinin də qatılacağı bildirilib. 

İyunun 18-də isə Moskvadakı Türkiyə səfirliyi də iftar süfrəsi açacaq.

Türkiyə səfirliyinin iftar mərasimi Rusiya paytaxtındakı Qələbə Məscidinin yanındakı çadırda keçiriləcək. 


Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür