Modern.az

Hacı Məmmədovun ikinci arvadı azadlığa buraxıldı - FOTO

Hacı Məmmədovun ikinci arvadı azadlığa buraxıldı - FOTO

Aktual

15 İyun 2016, 18:29

Adam oğurluğuna görə 2005-ci ildən həbsdə olan Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı Hacı Məmmədovun ikinci arvadı Nailə Quliyeva azadlığa buraxılıb.

Modern.az saytı Gununsesi.info-ya istinadən xəbər verir ki, Nailə Quliyeva məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsindən bu gün azadlığa buraxılıb.

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun ikinci arvadı olmuş Nailə Quliyeva amnistiya aktı ilə azad edilib.

Qeyd edək ki, Nailə Quliyeva 2005-ci ilin martında MTN-in “Qara kəmər” əməliyyatı zamanı həbs edilən DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədova adam oğurluqları və qətllərdə yardım göstərib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir