Modern.az

İyun görüşünün müdafiə sistemi

İyun görüşünün müdafiə sistemi

15 İyun 2016, 21:39

Mübariz Azərbaycanlı, müstəqil jurnalist

 

İkinci dünya müharibəsindən bu günədək Sovet döyüşçülərinin və onların varislərinin yanında üzüqara olan Qareginə ermənilərin İrəvanın mərkəzində ucaltdıqları abidə, heç də bu "nemsəyə" verilən tarixi qiymətdən irəli gəlmir

 

İyun ayı nə qədər isti olsa da, Dağlıq Qarabağ probleminin həlli üçün Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə nəzərdə tutulan üçtərəfli görüş, Vyanadan bu yana hayların canına əməlli-başlı üşütmə salıb. Məhz buna görə də, Ermənistan prezidentinin bu şəhərə əyininə üst-üstə bir neçə qat "qoruyucu gödəkçə" geyinərək getməyə hazırlaşması, heç də təsadüfi deyil. Çünki aprelin əvvəlində rəsmi Moskvanın xahiş-minnətindən sonra Azərbaycan Ordusunun əlindən güclə alınan ermənilər yaxşı bilirlər ki, bu dəfə xına o xınadan olmayacaq. S.Sarkisyan həm də yaxşı bilir ki, son vaxtlar özünü həddindən artıq qısqanc apardığına görə, V.Putin acığa düşüb əvvəlki görüşlərdən fərqli olaraq, bu dəfə onun "nazını az edəcək".

İyun görüşündə müdafiə olunmaq üçün, özlərini hamıya məzlum xalq qiyafəsində göstərən və dünyanın gözünə dürtən ermənilər, bu dönəmdə əvvəlcə nizam-intizam etalonu sayılan "bundestakmenlərlə" sövdələşdilər. Əslində almanlar qondarma "erməni soyqırımı" nağılından sonra göydən düşən almaların sayını onların Suriya miqrantlarına görə Türkiyə ilə sərinləmiş münasibətləri olmasaydı heç vaxt hesablamazdılar. Amma görünür hamıya örnək olan "Alman hesabı" öz dəqiqliyini erməni lobbisinin qarşısında qoruya bilmədi, onu bu dəfə hay "dramının məzənnəsi" Bundestaq "bufetində" hay-huya salıb xırdaçılığa sövq etdirərək kobud şəkildə poza bildi.

 

Əlbəttə avropalılar, xüsusən də almanlar dünyada ən nizam-intizamlı və mədəni xalq olduqlarından məmnun ola bilərlər. Amma gərək burada söhbət təkcə çəngəl-bıcaqla sosiska yeməkdən getməsin. Çünki "məsələ təkcə sosiskada deyil", sözün əsl mənasında diqqətdə və mədəni olmaqdadır. Odur ki, əgər "bundestakmenlər" tarixi hadisəyə siyasət bucağından baxarkən, bircə dəfə "axtunq" etmiş olsaydılar, zənnimcə dünyada ən mədəni xalqın - istənilən hadisənin tarixiliyindən və ya müasirliyindən asılı olmayaraq daim haqqı, ədaləti dəstəkləyən xalq olduğunu anlayardılar.

Kim bilir, bəlkə də ermənilər almanlara təsdiq ediblər ki, siz xalq olaraq elə bizdən törəmələrsiniz və dilinizdəki "hay - salam" sözü elə "erməni" deməkdir. Məgər almanlar Hitlerə "Hay Hitler", burada yəni "erməni Hitler" deyə müraciət etmirdilərmi?

Düzdür, burası fantaziya olsa da, amma hayların faşist SS generalı Qaregin Njdeyə ucaltdıqları abidə, hardasa bu fantaziyanı bir az gerçəkləşdirir və digər tərəfdən də Bundestakda əyləşən Adolf Hitler əxlaqında olanlara, "erməni nağılı"na qulaq asdıqlarına görə minnətdarlıq kimi görünür.

Əslində isə ikinci dünya müharibəsindən bu günədək Sovet döyüşçülərinin və onların varislərinin yanında üzüqara olan Qareginə ermənilərin İrəvanın mərkəzində ucaltdıqları abidə, heç də bu "nemsəyə" verilən tarixi qiymətdən irəli gəlmir.

Baxın, əgər "Njdeizm" adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilirsə, demək bu, sadəcə hayların illərcə hamıdan məzlumcasına gizlətdikləri öz simalarını, xislətlərini və ideologiyalarını, artıq dünyaya açıq şəkildə göstərmək istədiklərini təsdiq etməkdən irəli gəlir. Demək, bu abidə Qaregindən daha çox, erməni ideologiyasının və ya xislətinin abidəsidir!

Buradan aydın görünür ki, Ermənistan birmənalı olaraq, "Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə" adlı BMT Baş Assambleyasının A/RES/70/139 nömrəli, 17 dekabr 2015-ci il tarixli qətnaməsi və digər sənədlərini, elə bu qurumun Azərbaycan torpaqlarının işğalı ilə bağlı olan 4 məlum qətnaməyə yanaşdığı kimi yanaşaraq məhəl qoymur.

Şübhəsiz ki, Rusiyanın Azərbaycana silah satdığına görə, hayların bundan "qaragözlük" edərək Qareginə ucaltdıqları bu abidəni onların rəsmi Moskvaya "fason" verməsi kimi də qiymətləndirmək olar. Əgər belə olmasaydı yəqin ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə İrəvanda Qaregin Njdenin abidəsinin qoyulmasının Rusiya üçün anlaşılan olmadığı söyləməsinə, Ermənistan Hakim Respublikaçılar Partiyasının deputatı Marqarita Yesayan sərt şəkildə - “İstənilən məmur tərəfindən verilən istənilən açıqlama qəbuledilməzdir. Qoy özlərinə, öz abidə və tarixlərinə baxsınlar. Öz tariximizin sahibi yalnız biz özümüzük” deməzdi.

Hadisələrin gedişinə diqqət edəndə görürsən ki, hayların küçələrə çıxıb Rusiya ilə birgə Hava Hücumundan Müdafiə sisteminə qarşı hay-küy salmalarının kökündə, elə onların iyun görüşündə rəsmi Moskvanın "Piter hücumundan" müdafiə olunması dayanır. Yoxsa, müdafiə olunmaları elə havanın özü qədər lazım olan ermənilər qaragözlük edərək - “Nə torpağımızı, nə də səmamızı verən deyilik”, “Biz Permyakovlar ordusuna yox, erməni ordusuna etibar edirik”, “Satqınlığa doğru növbəti addım” və digər şüarlar səsləndirməzdilər.

 

Yeri gəlmişkən, bu müdafiə sistemi barədə olan sənəd üç gün öncə Ermənistan parlamentinin növbədənkənar sessiyasının gündəliyində baxılması nəzərdə tutulsa da, sonda "müdafiə sənədi" bağlı qapılar arxasında müdafiəsiz qalaraq gündəliyə salınmayıb. Hakim Respublikaçılar Partiyası sənədin nə vaxt müzakirəyə çıxarılacağını isə açıqlamayıb. Əlbəttə, buradan görünür ki, ermənilərin gizli daxili şərtlərinə görə Rusiya üçün bu sənədin bəxti yalnız iyun görüşündən sonra açıla bilər.  

Ermənilərin bütün işləri atışmadan keçir. Atışma olmasa bu ölkə Spitak batan kimi batar. Bu "kiçik müəsisəyə" pul lazım olan kimi, Sarkisyan Dağlıq Qarabağın təmas xəttində postda daş atıb başın tutan haylarına əmr edir ki, atın! Yoxsa, sizi "postunuzdan" ataram! Apreldən bəri onsuz da qorxu içində olan postçu haylar, bu dəfə Serjikin qorxusundan bir-iki "zırpaket" atırlar. Bu dəm Sarkisyan dünya haylarını haylayır ki, "atışın", ölkəmiz dramatik vəziyyətdədir, büdcəmizdə isə "dram"ımız yoxdur. Bu minvalla, hərtərəfli atışma gedir, nəhayətdə isə Sarkisyan yığılmış pullara min qara don geyindirib "atır" öz qəvəlinə.

Yeri gəlmişkən, Vyana görüşündə atəşkəsi kimin birinci pozmasını müəyyən etmək üçün qoşunların təmas xəttində sputnik vasitəsilə kamera və ya radarların "quraşdırılması" şübhəsiz ki,  heç bir səmərə verməyəcək. Torpaqları işğal altında olan Azərbaycan döyüşçüləri radara düşsələr də, düşməsələr də o yerlərdə istənilən vaxt "tankoşluq" etməyə, hələ alınsa, bu ağır texnikanı lap "ikitəkərə" də qaldırmağa tam haqları var. Onları buna görə heç kim nə cərimə, nə də bir aylıq həbs edə bilər!

 

Bu arada Dağlıq Qarabağ məsələnin birdəfəlik həll olunmasında, Ermənistana səfəri gözlənən Roma papasının da rolu gərək az olmasın. Lazımdır ki, ağ paltarlı Roma papaşası qara saqqal, qara əbalı qara keşişləri başına yığıb illərcə onların başında türklərə qarşı yuva salan bu qara-qura niyyətlərdən daşındırsın. Papa böyüklük edib onlara anlatsın ki, nə qədər siz qarasaqqallığınıza salıb ağsaqqalcasına davranmayacaqsınız, o qədər də qara gün içində yaşayacaqsınız.

Ermənilərin bu oyunbazlıqları - həm Bundestak, həm Qareginə qoyulan abidə, həm də Hava Hücumundan Müdafiə Sisteminə qarşı çıxma amilləri ümumilikdə təsdiq edir ki, haylar bütün bunları iyun görüşünə özləri üçün müdafiə sistemi kimi yaradıblar. Amma onlar anlamırlar ki, belə müdafiə sistemləri bumeranq effekti verərək sonda elə onların öz başlarına çırpılacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi