Modern.az

Daha bir tanınmış aparıcı ANS-dən ayrıldı

Daha bir tanınmış aparıcı ANS-dən ayrıldı

15 İyun 2016, 21:53

Daha bir tanınmış aparıcı ANS telekanalı ilə yollarını ayırıb. Modern.az saytı xəbər verir ki, bu barədə olke.az-a işdən ayrılan Kəmalə Əlisgəndərqızı məlumat verib.

Teleaparıcı Kəmalə Əlisgəndərqızı ANS-dən ayrılmasının səbəbini də açıqlayıb: “Struktur dəyişkliyi ilə razılaşmadım və öz ərizəmlə işimdən ayrıldım. Bir neçə yerdən təklif almışam. Aralarında jurnalistikaya aid olmayanı da var. Hələlik düşünürəm".

Xatırladaq ki, K.Əlisgəndərqızı uzun müddət "İç xəbər", "Xəbərçi" və digər proqramların aparıcısı, həmçinin layihə rəhbəri olub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir