Modern.az

Azərbaycanda nadir böcək tapılıb

Azərbaycanda nadir böcək tapılıb

Aktual

15 İyun 2016, 22:31

Azərbaycan ərazisində nadir böcək növünə rast gəlinib. Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, “Kərgədan böcəyi” adlanan həşərat Tərtərin Seydimli kənd sakini Nail Hüseynov tərəfindən yaşadığı evin həyətində aşkar olunub.

Nail Hüseynov bildirib ki, uzunluğu 5-6 santimetr olan həşəratı saxlamaqda çətinlik çəkmədiyini qeyd edib.

"Bu həşərat barədə çox eşitmişəm və oxumuşam. “Kərgədan böcəyi”ni saxlamaqda çətinliyim yoxdur. Hazırda onu neyləyəcəyim barədə heç bir fikrim yoxdur. Ev şəraitində saxlayıram", - deyə Nail Hüseynov bildirib.

Həşəratın alın hissələrində buynuzşəkilli çıxıntı olduğu üçün “Kərgədan böcəyi” adlanır. Avropa, Şimali Afrika, Orta və Kiçik Asiya, Qafqaz və Qərbi Sibirin cənubunda yaşayan bu növ həşərətlara latınca “Oryctes Nasicornis” deyilir. Sözügedən böcəklər öz ağırlıqlarının təxminən 30 qat artığını daşıma iqtidarında olduqları üçün dünyanın ən güclü həşəratı kimi tanınırlar.

Son vaxtlar bu böcək insanların diqqət mərkəzinə düşüb. Buna səbəb “kərgədan böcəyi”nin yüksək məbləğdə maddi dəyərinin olmasıdır. Türkiyə mətbuatı sözügedən həşəratın əsasən Uzaq Şərq ölkələrində qiymətli bir canlı olduğunu, 90 min dollar civarında satıldığı barədə yazıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir