Modern.az

Putin Sarkozi ilə görüşəcək

Putin Sarkozi ilə görüşəcək

15 İyun 2016, 22:36

Rusiya prezidenti Vladimir Putin bu gün axşam Sankt-Pterburqda Fransanın keçmiş dövlət başçısı Nikolya Sarkozi ilə görüşəcək. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, iyunun 15-də axşam prezident özünün dostu Nikolya Sarkozi ilə qeyri-formal şam yeməyi süfrəsi arxasında görüşəcək. 

O qeyd edib ki, protokol xrakterli olmayan görüşdə Rusiya-Fransa münasibətlərinin perspektivi, Yaxın Şərqdəki, o cümlədən Suriadakı situasiyaya toxunulacaq.

Uşakov əlavə edib ki, Putin və Sarkozi siyasi, ticarət-investisiya və mədəniyyət sahəsində iki ölkəni maraqlandıran məsələləri də geniş müzakirə edəcəklər.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?