Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elmi Mərkəzində Gəncə Şəhər “Ziyalılar” cəmiyyəti ilə birgə elmi-praktiki konfrans keçirilib. Konfrans Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” kitabının ictimai müzakirəsinə həsr olunub.
Modern.az xəbər verir ki, tədbirdə şəhər ziyalıları iştirak edərək kitabın elmi tarixi əhəmiyyəti haqda məlumat veriblər. Bildirilib ki, nəşrdə Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsininin danışıqlar yolu ilə tənzimlənməsi prosesində Ermənistan rəhbərlərinin dünya ictimaiyyətini çaşdırmaq cəhdləri elmi əsaslarla ifşa olunub. Ermənistan dövlətinin əzəli Azərbaycan topraqlarında yaradıldığı tarixi faktlarla sübut olunub. Bildirək ki, kitab bir çox məsələlərin tədqiq edilməsi, həmçinin ictimai elmlər sahəsində araşdırmalar aparan tədqiqatçılar üçün zəngin tarixi elmi bazadır.
Sonda konfrans iştirakçıları tərəfindən Azərbaycan elmi ictimaiyyətinə müraciət qəbul olunub.
Modern.az