Modern.az

Azərbaycanda 125 ixtira patentləşdirilib

Azərbaycanda 125 ixtira patentləşdirilib

Təhsil

17 Yanvar 2011, 15:20

Ötən ilə "Patent haqqında" qanuna uyğun olaraq 258 ədəd ixtiraya dair iddia sənədləri hazırlanaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edilib.

Bu barədə Komitənin 2010-cu il ərzində görülən işlərə dair hesabatında bildirilir.
İddia sənədlərinin "Patent haqqında" Qanunun 29-cu maddəsinə əsasən ekspertizası həyata keçirilib.

Ötən illərdə təqdim edilmiş iddia sənədləri, habelə cari ildə daxil olan iddia sənədləri əsasında 125 ədəd ixtira patenti qeydiyyata alınaraq sahiblərinə verilib. Cari ildə sənaye nümunəsinə dair 55 ədəd iddia sənədi və faydalı modelə dair isə 25 ədəd iddia sənədi daxil olub. Qeyd edilən iddia sənədlərinin ekspertizası nəticəsində 36 sənaye nümunəsi və 5 ədəd faydalı model patentləri qeydiyyata alınıb. Hesabat dövründə əmtəə nişanlarına dair 1487 ədəd iddia sənədi daxil olub. Ötən illərdə təqdim edilmiş, habelə 2010-cu ildə daxil olan iddia sənədlərinin "Əmtəə nişanları və coğrafı göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq ekspertizası aparılıb və ekspertizanın müsbət nəticəsi əsasında 1510 ədəd Şəhadətnamə tərtib olunaraq sahiblərinə verilib.

“Azərbaycan Respublikasında əmtəə nişanlarının qüvvəsinin tanınması məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq bürosundan ötən il daxil olan, o cümlədən cari ildə verilən iddia sənədlərinin bir qismi üzrə ekspertiza aparılmış və nəticədə 421 ədəd ilkin rədd qərarı qəbul edilib”-deyə sənəddə vurğulanır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir