Modern.az

Salyanda polisin kredit borcunu icra başçısı ödəyib

Salyanda polisin kredit borcunu icra başçısı ödəyib

16 İyun 2016, 22:09

Salyan rayonunun icra başçısı Sevindik Hətəmov bir neçə gün öncə çayda batan 15 yaşlı oğlanın meyitini tapan polis əməkdaşını mükafatlandırıb. Modern.az saytı "Qafqazinfo"ya istinadən xəbər verir ki, oğlan batdıqdan sonra başlanılan axtarışlar bir neçə saat davam edib, lakin uşağın meyiti tapılmayıb. Bundan sonra icra başçısı “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə əlaqə saxlayaraq kanaldan suyun azaldılmasını xahiş edib. Axtarışlar gecə saat 2 radələrinə kimi davam edib.

 

İcra başçısı, rayon polis şöbəsinin rəisi və rayon prokuroru axtarışlara yekunlaşanadək ərazidə olublar.

 

Sonra RPŞ-nin Pərviz adlı əməkdaşı 15 yaşlı oğlanın meyitini suyun altından tapıb. Bu zaman başçı Sevindik Hətəmov onu mükafatlandırmaq qərarına gəlib və nə istədiyini soruşub. Polis əməkdaşı isə kreditləri olduğunu deyib. İcra başçısı ona kreditlərini tam ödəyəcəyini vəd edib.

 

Məlumata görə, Sevindik Hətəmov meyitin yuyulması və dəfnində də iştirak edib. Uşağın yas mərasiminin keçirilməsi xərclərini qarşılayıb.

 

Qeyd edək ki, iyunun 13-də günorta saatlarında Akkuşa çayının Salyan şəhərindən keçən hissəsində suda batmış 15 yaşlı Alxas Sadıq oğlu Mirməmmədovun meyit batdığı yerdən 50 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir