Modern.az

Ukrayna ikinci dəfə də stadionu məğlub tərk etdi

Ukrayna ikinci dəfə də stadionu məğlub tərk etdi

16 İyun 2016, 22:16

Bu gün futbol üzrə Avropa çempionatının "C" qrupunda növbəti turun oyunu keçirilib. Modern.az saytı xəbər verir ki, Fransanın Lion şəhərində Ukrayna millisi Şimali İrlandiya ilə qarşılaşıb. Oyunda hesab 49-cu dəqiqədə Şimali İrlandiyanın futbolçusu Qaret Makouli açıb. Matçın ikinci hissəsində stadiona dolu yağması səbəbindən oyun bir neçə dəqiqəlik dayandırılıb. Görüşün əsas vaxtına əlavə olunmuş son dəqiqələrdə Niall komandasının ikinci topunu vurub. Beləliklə, Ukrayna yığması ikinci oyununda da stadionu məğlub tərk edib.

Qeyd edək ki, bu günün son qarşılaşması Almaniya və Polşa arasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanılacaq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır