Modern.az

Öldü xəbəri yayılan azarkeş ayıldı

Öldü xəbəri yayılan azarkeş ayıldı

16 İyun 2016, 22:41

Futbol üzrə Avropa çempionatı zamanı Marseldəki davada ağır kəllə-beyin travması alan ingiltərəli azarkeş xəstəxanada hər iki gözünü açıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda xəsarət alanın qardaşı Din Başe məlumat verib.

Portsmutdan olan 51 yaşlı Endryu Başe iyunun 11-də Rusiyadan olan azarkeşlərlə qarşıdurmada dəmir çubuqlarla döyüləndən sonra vəziyyəti kritik olub. Din Başe deyib ki, o, xəstəxanaya gedəndə qardaşı huşsuz və süni koma vəziyyətində olub. Ancaq sonradan az müddətə gözlərini açıb, hətta əllərini də tərpədib.

Din Başenin sözlərinə görə, qardaşı göslərini oğlu Qarri xəstəxanaya gəldikdən sonra açıb.

Endryu Başe ürəyi dayanandan sonra xəstəxanaya yerləşdirilib. Onda baş beyin zədəsi geniş olub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir