Modern.az

Milli İstiqlal Partiyası hakimiyyəti dinə münasibətində həssas olmağa çağırıb

Milli İstiqlal Partiyası hakimiyyəti dinə münasibətində həssas olmağa çağırıb

Təhsil

17 Yanvar 2011, 16:28

Bu gün AMİP Siyasi Şurasının iclası keçirilib. İclasda ölkədəki mövcud ictimai-siyasi, sosial-iqtisadi və kriminogen durum, Azərbaycanın iştirak etdiyi enerji layihələri müzakirə olunub.

Ölkədəki mövcud durumu kritik və təhlükəli hədd kimi dəyərləndirən AMİP Siyasi Şurası cəmiyyətdəki qarşıdurmanın dərinləşməsinə imkan verməməyin, insanların inanclarına hörmətlə yanaşmağın, söz və fikir azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını vacib sayıb.

Partiyadan Modern.az-a bildilrilib ki, Siyasi Şura hakimiyyəti dinə münasibətində həssas olmağa, ictimai-siyasi prosesləri daha da gərginləşdirməməyə çağırıb.

Son dövrlər ölkədə pisləşən sosial-iqtisadi vəziyyətin, eləcə də, bahalaşmanın kriminogen vəziyyətə təsirindən və cinayətkarlığın artmasından narahatlığını ifadə edən Siyasi Şura bunun qarşısının alınması üçün hakimiyyətdən zəruri kompleks tədbirlərin görməsini tələb edib.

Siyasi Şura, həmçinin, yanvarın 13-də Aİ və Azərbaycan arasında Bakıda imzalanmış “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”nin ölkəmiz üçün əhəmiyyətli olduğu qənaətinə gəlıb və bu  istiqamətdə atılan addımları dəstəkləyib.    

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir