Modern.az

Dağıstanda atışma: bir ölü, üç yaralı

Dağıstanda atışma: bir ölü, üç yaralı

16 İyun 2016, 22:56

Dağıstanın Süleyman-Stalski rayonunda keçirilən xüsusi əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb, üçü yaralanıb.  Modern.az Rusiya KİV-n istinadən bildirir ki, xüsusi əməliyyat keçirilən əməliyyat zamanı “Cənub” qruplaşmasının 5 yaraqlısı məhv edilib.

Bu qruplaşmanın yaraqlılarının 2016-cı ilin fevral ayında Dərbənd rayonunda polis postundakı partlayışla bağlı olduğu da istisna edilmir. O zaman iki polis ölmüşdü, ümumilikdə 18 nəfər yaralanmışdı.

Yaraqlılarla güc strukturlarının qarşıdurması  Dağıstanın cənubunda iyunun 16-da gündüz baş verib. Süleyman-Stalski rayonu ərazisindəki meşəlikdə yaraqlıların blindaj aşkarlanıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu