Modern.az

Şəmkirdəki qəzada ölənlərin sayı 4 nəfərə çatıb

Şəmkirdəki qəzada ölənlərin sayı 4 nəfərə çatıb

16 İyun 2016, 23:24

" Şəmkirdə  “Mercedes” lə “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Modern.az saytı xəbər verir ki, Şəmkir Mərkəzi rayon xəstəxanasından APA-ya verilən məlumata görə, xəsarət alan 6 şəxsdən daha 3 nəfər keçinib. Bundan əvvəl qəza zamanı “VAZ 2106” da olan Aynur adlı qadın hadisə yerində öldüyü bildirilmişdi.

“Mercedes”in sürücüsü Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü İntiqam Muxtarov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

“VAZ” da olanların Şəmkirin Yeni Həyat və Seyfəli kənd sakinləri olduğu bildirilir.

“Mercedes”in sürücüsü İ. Muxtarovun dediyinə görə, qəzaya səbəb “VAZ”-ın ikinci dərəcəli yoldan anidən magistral yola çıxması olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır