Modern.az

Naxçıvana təxirə salınan reyslər bərpa olundu

Naxçıvana təxirə salınan reyslər bərpa olundu

17 İyun 2016, 10:23

İyunun 16-dan etibarən Naxçıvan Muxtar Respublikasında hava şəraitinin küləkli olması səbəbindən təxirə salınan reyslər bərpa olunub.

Bu haqda Modern.az saytına  Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib. 

P.Kəsəmənskinin sözlərinə görə, Naxçıvanda hava şəraiti uzun müddət yaxşı olmadığı üçün bütün təyyarə reysləri təxirə salınmışdı:

“Bir təyyarə geri qayıtdıqdan sonra digər təyyarələr havaya qalxmadı. Lakin gecə saat 1-dən başlayaraq sərnişinlər Naxçıvana yola salınıb”.

Dünən Bakıdan Naxçıvana uçan sərnişin təyyarəsi hava şəraitinin əlverişsiz olması səbəbindən məcburən paytaxta geri qayıdıb.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir