Modern.az

21 iyunda nadir təbiət hadisəsi baş verəcək

21 iyunda nadir təbiət hadisəsi baş verəcək

17 İyun 2016, 10:51

21 iyun 2016-cı il tarixində insanlar təxminən yarım əsrdir ki, müşahidə olunmayan hadisə ilə tanış olacaqlar. Həmin gün bədrlənmiş Ay və iyun gündönümü baş verəcək.

Modern.az saytı xəbər verir ki, bu barədə Milli Elmlər Akademiayası məlumat yayıb.

Bildirilib ki, növbəti oxşar hadisə 2042-ci ildə gözlənilir. Yaxın günlərdə Yerin şimal yarımkürəsində Günəşin maksimal dərəcədə hündürlüyə qalxması, cənub yarımkürəsində isə maksimal dərəcədə aşağı enməsi qeydə alınacaq. Bu hadisədən bir müddət əvvəl bədrlənmiş Ay müşahidə olunacaq.

İyul ayının sonlarında isə gecə səmasını Delta-Akvarida adlı meteor axınları bəzəyəcək. 11 və 12 avqust tarixlərində çoxsaylı "düşən ulduz”-ları ilə fərqlənən Perseida meteor axını baş verəcək. Bu ecazkar astronomik hadisə zamanı saatda 100 meteor axını müşahidə olunacaq. 27 avqust tarixində teleskopsuz görünə bilinməyən Yupiter və Venera planetlərinin yaxınlaşması baş verəcək.

Payızın ilk günü isə qeyri-adi Günəş tutulması ilə yadda qalacaq. Bu vaxt Ay Günəşin çox hissəsini bağlayaraq, ulduzun yalnız kiçik “alovlu” hissəsini görünməsinə imkan verəcək.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı