Modern.az

Azərbaycanlıların kəndində DÖYÜŞ: 8 ölü, 3 yaralı

Azərbaycanlıların kəndində DÖYÜŞ: 8 ölü, 3 yaralı

17 İyun 2016, 11:05

Dağıstanın Azərbaycanla sərhəd Süleyman-Stalski və Dərbənd rayonları ərazisində qanunsuz silahlı birləşmələrlə Rusiya təhlükəsizlik qüvvələri arasında şiddətli döyüşləri baş verib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Dərbəndin azərbaycanlılar yaşayan Gecux kəndi yaxınlığında baş verən döyüş zamanı 2 rusiyalı OMON-çu həlak olub, 3-ü isə yaralanıb.

 

Bundan başqa, Süleyman Stalski rayonunda baş verən döyüş zamanı daha bir OMON-çu həlak olub.

 

Silahlı birləşmələrin 5 silahlısı da həlak olub.

 

Onların arasında qruplaşma lideri Həsən Abdullayevin də adının olduğu bildirilir.

 

Xatırladaq ki, Dərbəndin Gecux kəndinin 6,367 sakini var.

 

Onların 4,585 nəfəri milliyətcə azərbaycanlıdır.

 

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər